00:42 21-11-2021
news_image
233
DİGƏR NÖVLƏR

Federasiya prezidenti qəzada öldü

Dağıstan avtomobil və motosiklet federasiyasının prezidenti Zaur İbrahimov qəzada ölüb.

Apasport.az saytının məlumatına görə, yol-nəqliyyat hadisəsi Rusiyanın paytaxtı Moskvada baş verib.

Qurum başçısı qəzaya düşən “BMV”nin sərnişini olub. İbrahimov xəstəxanaya çatdırılsa da, orada ölüb. 

Avtomobilin sürücüsü isə yerində dünyasını dəyişib. Hadisə zamanı üç avtomobil – “BMV”, “Mersedes” və “Volvo” toqquşub.