10:48 21-11-2021
news_image
100
FUTBOL

“Çelsi” Tyaqo Silva ilə bağlı qərar verdi

İngiltərənin “Çelsi” klubu futbolçusu Tyaqo Silva ilə danışıqlara start verəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın lideri braziliyalı müdafiəçisini heyətində saxlamağa qərar verib.

Klub rəhbərliyi və cənubi amerikalı noyabrın sonuna qədər görüşəcək. Tərəflər yeni müqavilənin şərtlərini müzakirə edəcək.

37 yaşlı futbolçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun transfer qiyməti 3 milyon avrodur.

Qeyd edək ki, “Çelsi” “Lester”ə 3:0 hesabı ilə qalib gələrək liderliyini qoruyub.