23:27 21-11-2021
news_image
107
FUTBOL

“Yuventus”un müdafiəçisi üçün il bitdi

“Yuventus” müdafiəçisi Danilonu itirib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı cinah oyunçusu İtaliya A seriyasının XIII turunda “Latsio” ilə oyunda zədələnib.

Komandasının 2:0 hesabı ilə qalib gəldiyi səfər qarşılaşmasının 15-ci dəqiqəsində xəsarət alan Braziliya millisinin üzvü ilə bağlı hələlik dəqiq diaqnoz qoyulmayıb. Ancaq onun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir. Bu da Danilo üçün 2021-ci ilin bitməsi anlamına gəlir.

Qeyd edək ki, Danilo bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 1 məhsuldar ötürmə verib.