20:57 21-11-2021
news_image
190
FUTBOL

“Omoniya” Bakıya böyükhesablı qələbə ilə gəlir

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya” Kipr çempionatında növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Nikosiya təmsilçisi Bakı səfəri öncəsi X tur matçını keçirib.

Henninq Berqin yetirmələri doğma arenasında ikinci pillədə qərarlaşan “Aris”lə üz-üzə gəlib. Birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət edən “Omoniya” son saniyələrdə daha bir qol vuraraq, matçdan 3:0 hesablı qalibiyyətlə ayrılıb. Bununla xallarının sayını 13-ə çatdıran nikosiyalılar turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ”la “Omoniya” arasında Konfrans Liqasının V turundakı oyun noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.