10:05 22-11-2021
news_image
95
FUTBOL

Poçettino PSJ-ni bəyənmir: “Mançester Yunayted”i arzulayır

PSJ-nin baş məşqçisi Mauritsio Poçettino “Mançester Yunayted”in sükanı arxasına keçə bilər.

Apasport.az saytının “Times” nəşrinə istinadən məlumatına görə, argentinalı mütəxəssis hazırda baş məşqçisiz olan “qırmızı şeytanlar”ı çalışdırmaq istəyir.

Lionel Messi, Neymar və Kilian Mbappe kimi ulduzlarla dil tapmaqda çətinlik çəkən təcrübəli məşqçi PSJ-nin hazırkı durumunu bəyənmir və mövsümün sonunda “Mançester Yunayted”ə keçmək istədiyini menecerinə bildirib. 49 yaşlı çalışdırıcı hələ də Parisdə oteldə, ailəsi isə Londonda qalır. Bu üzdən “Tottenhem”in sabiq baş məşqçisi İngiltərəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, “Mançester Yunayted” dünən baş məşqçi Ole-Qunnar Sulşeri istefaya göndərib. “Mankunianlar”da bu posta namizədlər sırasında Poçettino da var.