10:12 22-11-2021
news_image
84
FUTBOL

"Neftçi"nin 10-cu uğursuzluğu: Antirekorda 2 oyun qaldı

“Neftçi” Premyer Liqada ardıcıl üçüncü məğlubiyyətini alıb. 

Apasport.az saytının məlumatına görə, Bakı klubu IX turda “Qarabağ”a 0:4, X turda “Keşlə”yə 2:3, XI turda “Sabah”a 1:2 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi ölkə çempionatları tarixində 10-cu dəfə ardıcıl üç və ya daha artıq görüşdə xalsız qalıb. Sonuncu belə seriya 2017-ci ilin sentyabrında qeyd alınıb. “Ağ-qaralar” 2017/18 mövsümündə “Sumqayıt”a 0:1, “Zirə” və “Qəbələ”yə eyni – 1:2 hesabı ilə yenilib.

Qeyd edək ki, ilk belə seriyası 2009-cu ildə gerçəkləşən “Neftçi”nin antirekordu 5 məğlubiyyətdən ibarətdir.