10:29 22-11-2021
news_image
137
FUTBOL

Maksim Medvedevin durumuna aydınlıq gəldi

“Qarabağ”ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin apasport.az saytına verdiyi məlumata görə, 32 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.

Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının XI turunda “Keşlə” ilə qarşılaşmanın (1:0) son dəqiqələrində zədələnərək əvəzlənən Medvedev Konfrans Liqasının qrup mərhələsinin V turunda “Omoniya” ilə qarşılaşmada iştirak edə biləcək.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” görüşü noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.