10:39 22-11-2021
news_image
68
FUTBOL

“Sabah”ı da sevindirdi – “Neftçi”

Premyer Liqanın XI turu “Sabah”ın tarixində ilk dəfə “Neftçi”ni məğlub etməsi ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, bu, komandalar arasında 13-cü dueldə gerçəkləşib.

“Sabah” 2 heç-heçə edib, 10 dəfə uduzduğu rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu, Azərbaycan çempionatları tarixində 9 ən uzun analoji seriyadan biri idi. 

Mütləq rekord “Zirə”yə 24 matçda uduzmayan “Qarabağ”a məxsusdur. “Kəpəz” MOİK-lə 22, “Neftçi” “Şəfa” ilə 17, “Turan” “Kür-Nur”la 16, “Keşlə” MOİK-lə 14 qarşılaşmanın heç birində uduzmayıb. Üç dueldəki seriya isə 12-yə bərabərdir.

“Keşlə” “Rəvan”, “Kəpəz” Bərdə “Pambıqçı”sı, “Qarabağ” “Sabah”a qarşı keçirdiyi 12 görüşün hamısında xal qazanıb.