11:37 22-11-2021
news_image
161
FUTBOL

Canni de Byazi: “Bu milliləşmə yığmada problemlərin həlli olmayacaq”

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ölkəsi İtaliya mətbuatına növbəti dəfə açıqlama verib.

Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis İtaliya yığmasının çıxışına münasibət bildirib.

De Byasi “Kalyari”nin braziliyalı yarımmüdafiəçisi Joao Pedronun “Skuadra Adzurra”ya çağırılma ehtimalını dəyərləndirib. O, bu milliləşmənin son vaxtlar uğursuz nəticələr göstərən yığmanı vəziyyətdən çıxaracağına inanmır: “Heç kim inciməsin, Pedronun çağırılması millinin problemlərinin həlli olmayacaq”.

Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.