12:40 22-11-2021
news_image
147
FUTBOL

Yığmamıza diviziondan futbolçu çağırıldı – “Zirə” “ofsayd”da

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq təlim-məşq toplanışına 24 oyunçu çağırılıb.

Komanda noyabrın 25-dən 27-dək Bakıda, ayın 28-dən dekabrın 3-dək isə Dubayda hazırlıq keçəcək. Yığmamız toplanış çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hazırlıq prosesinə 24 futbolçu çağırılsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Ümumilikdə 8 klubun oyunçularına dəvət göndərilib. Onlardan biri I divizion təmsilçisi “Turan-Tovuz”dur. Elita təmsilçilərindən yalnız “Zirə”dən heç kimə ehtiyac duyulmayıb.

1

Zeynalov

Qədir

Səbail

2

Əlizadə

Ayxan

Sabah

3

Həsənov

Teymur

Qarabağ

4

Hüşənov

Həbib

Qəbələ

5

Qurbanov

Elvin

Neftçi

6

Orucov

Nadir

Sumqayıt

7

Paşayev

Vüsal

Sumqayıt

8

Əhmədov

Səmid

Qəbələ

9

Nəbizadə

Əli

Səbail

10

Avəzov

Ramin

Sabah

11

Məmmədov

Murad

Neftçi

12

Əhmədov

Fərid

Neftçi

13

Muradov

Amin

Neftçi

14

Babayev

Elmar

Sabah

15

Niftiyev

Səbuhi

Qarabağ

16

Aslanzadə

Əli

Neftçi

17

Şəkərxanov

Ziya

Qəbələ

18

Babazadə

Eltun

Qarabağ

19

Ələkbərov

İsmayıl

Marset (İspaniya)

20

Hüseynli

Atilla

Sabah

21

Qasımov

Amid

Qarabağ

22

Məmmədov

Raul

Səbail

23

Şəkixanov

Emil

Qəbələ

24

Əlizadə

Məhəmməd

Zirə