22:02 22-11-2021
news_image
108
FUTBOL

Xavi niderlandlı futbolçudan imtina etdi

“Mançester Yunayted”in futbolçusu Donni van de Bekin “Barselona”ya keçidi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunun baş məşqçisi Xavi bu transferdən imtina edib.

Uzun müddətdir yarımmüdafiəçini izləyən La Liqa klubu niderlandlının özü ilə də təmasa keçib. Van de Bek “Barselona”ya keçməyə ilkin razılıq verib.

Lakin Xavi 24 yaşlı futbolçunun keçidinin üstündən xətt çəkib. O, yarımmüdafiə xəttini gücləndirməyə ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, Donni Premyer Liqanın cari mövsümündə meydana çıxdığı 3 oyunda cəmi 60 dəqiqə şans qazanıb.