13:38 22-11-2021
news_image
82
FUTBOL

“Renn”, “Sent-Etyenn”, “Barselona”...

“Barselona”nın hücumçusu İlyas Axomaş La Liqanın XIV turunda “Espanyol”la qarşılaşmada əsas komandada debüt edib.

Apasport.az saytının məlumatına görə, 17 yaşlı oyunçu cari mövsüm Kataloniya klubunun heyətində meydana çıxan onuncu 21 yaşadək futbolçudur.

Bu, “böyük beşlik” ölkələrinin yüksək liqalarında çıxış edən komandalar arasında üçüncü ən yüksək göstəricidir. Bu mövsüm ən çox gənc oyunçuya bel bağlayan klublar “Renn” və “Sent-Etyenn”dir. Fransa Liqa1 təmsilçilərinin heyətində 11 nəfər 21 yaşadək oyunçu çıxış edib.

“Monako” və “Ştutqart”da isə “Barselona” qədər – 10 gənc futbolçuya şans verib.

Qeyd edək ki, “Barselona” yeni baş məşqçi Xavi Ernandesin debüt matçında “Espanyol”u 1:0 hesabı ilə məğlub edib.