22:31 22-11-2021
news_image
157
FUTBOL

Droqba: “Ağlamaq istəyirəm”

Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Didye Droqba “Liverpul”un futbolçusu Məhəmməd Salahın nümayiş etdirdiyi oyundan narahatdır.

Apasport.az saytının məlumatına görə, hücumçu misirli ulduzun məhsuldarlığına münasibət bildirərkən narahatlığını gizlətməyib.

Droqba rekordlarının bir-bir qırılmasına üzüldüyünü etiraf edib: “Əgər Salah belə oynamağa davam etsə, mənim bütün rekordlarımı qıracaq. Ağlamaq istəyirəm!”.

Qeyd edək ki, Salah İngiltərə Premyer Liqasında ən çox qol vuran afrikalı adını Droqbadan ötən ay alıb. Didye 254 matçda 104 qol vurubsa, Salah 167-ci görüşdə onu keçib. Lakin Droqba hələ də 44 qolla Çempionlar Liqasındakı ən məhsuldar afrikalıdır. Məhəmməd ondan 11 top geri qalır.