14:32 22-11-2021
news_image

Rafael Ağayev söz verdi

“Komanda yarışlarında üçüncü olduq. Bu, tək mənim yox, Azərbaycanın qələbəsidir”. 

Apasport.az saytının məlumatına görə, bunu karate üzrə beşqat dünya çempionu Rafael Ağayev deyib.

BƏƏ-nin Dubay şəhərindəki mundialda komanda yarışlarında bürünc medal qazanan Azərbaycan yığmasının heyətində yer alan veteran karateçi uğura şərh verib. O, öz instaqram səhifəsindəki video paylaşımında mükafatı Qarabağ şəhidlərinə həsr etdiklərini açıqlayıb: “Bu qələbəni şəhidlərimizə həsr edirik. Bu il anam rəhmətə gedib, onun ruhu şad olsun. Dostum Elnurun Ömər balası 7 yaşında rəhmətə gedib. Onun ruhu şad olsun. Gələcəkdə də medallarımızın sayı çox olacaq. Buna söz verirəm”.

Qeyd edək ki, karate yığmamız Dubayda bir qızıl, iki bürünc medal qazanıb.