14:36 22-11-2021
news_image
229
FUTBOL

“Qarabağ” – “Omoniya” oyunu danimarkalılara həvalə

Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA V tur matçına Danimarkadan olan briqadanı göndərmək qərarına gəlib.

Bakıda baş tutacaq qarşılaşmanı Morten Krox idarə edəcək. Ona Nils Hög və Steffen Bek Bramsen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Dauqbyerq Burxardt icra edəcək.

Qeyd edək ki, görüş noyabrın 25-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.