14:48 22-11-2021
news_image
196
FUTBOL

İspaniya klubu millimizin sabiq futbolçusunu bəyəndi

Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov İspaniya klubu “Luqo”da sınaqdan uğurla çıxıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bir neçə gündür baxışda olan yarımmüdafiəçinin performansı Sequnda təmsilçisinin məşqçilər korpusunu məmnun salıb.

Baş məşqçi Ruben Albeş mövsümün əvvəlindən klubsuz olan 29 yaşlı orta sahə oyunçusu ilə müqavilə imzalanmasını istəyib. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlsə, İsrafilov mövsümün sonuna qədər sözləşmə bağlayacaq.

Qeyd edək ki, Eddi İsrafilov son olaraq ötən mövsüm “Albasete”nin formasını geyinib.