15:13 22-11-2021
news_image
85
FUTBOL

Pedri “Golden Boy”a layiq görüldü

“Golden Boy” mükafatının sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, ən yaxşı gənc oyunçu üçün təsis olunan mükafata Pedri sahib çıxıb.

“Tuttosport” nəşri İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisini Avropanın 21 yaşadək olan ən yaxşısı seçib. Mükafatlandırma mərasimi dekabrın 15-də Turində təşkil olunacaq.

Qeyd edək ki, ötən il mükafata Dortmund “Borussiya”sının və Norveç millisinin üzvü Erlinq Haland layiq görülüb.