15:34 22-11-2021
news_image
251
FUTBOL

“Neftçi”nin Kamran Quliyevlə 100-cü üzüntüsü – daha bir “yubiley”ə az qaldı

“Sabah”ın futbolçusu Coy Lens Mikelsin “Neftçi” ilə qarşılaşmada vurduğu ikinci top Kamran Quliyevin prezidentliyi dövründə bakılıların buraxdığı 100-cü çempionat qoludur.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu indiki prezidentinin rəhbərliyi altında Premyer Liqada 102-ci matçda “Sabah”a 1:2 hesabı ilə uduzub.

Bu 102 görüşdə 58 qələbə qeydə alınıb. Komandanın qalibiyyət faizi 57-dir. 25 heç-heçə görən klub rəhbəri üçün növbəti yenilgi sayca 20-ci olacaq.

Ümumilikdə isə növbəti yenilgi 30-cu kimi yadda qalacaq. Quliyevli komanda bütün yarışlar nəzərə alınmaqla 29 dəfə uduzub. 68 qələbə və 29 heç-heçəsi olan “Neftçi” 126 sınağa çıxıb.