16:06 22-11-2021
news_image
198
FUTBOL

Macarıstan millisinin üzvü: “Eyni performansı Bakıda da sərgiləməliyik”

“Üç ildən sonra qol vurdum. Qol vuraraq paltardəyişmə otağına getmək fərqli hissdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Adam Lanq Kipr çempionatının X turunda “Aris” üzərində 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Macarıstan millisinin mərkəz müdafiəçisi Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunla bağlı da fikirlərini bölüşüb. 28 yaşlı oyunçu Bakıya qol buraxmamaq üçün gələcəklərini söyləyib: “Futbolda hər zaman növbəti oyuna baxmaq lazımdır. Əvvəlcə “Qarabağ”a qarşı yaxşı çıxış etmək istəyirik. Həmişə emosiyalar və həvəslə dolu olan APOEL-lə görüşün nə qədər vacib olduğunu hər kəs bilir. “Aris”lə matçda qol buraxmamağımız önəmli idi. Bu, fərdi yox, komanda oyununun nəticəsi idi. Eyni performansı Bakıda da sərgiləməliyik ki, rəqibin qol vurmasına imkan verməyək”.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunu saat 21:45-də start götürəcək.