23:19 22-11-2021
news_image
129
FUTBOL

İtaliya çempionatında yeni dünya rekordu

Qadın voleybolçulardan ibarət “Konelyano” klubu yeni dünya rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi çempionatdakı məğlubiyyətsiz oyunlar seriyasını 74-ə çatdırıb.

“Trentino” üzərində 3:0 (25:13, 25:11, 25:20) hesablı qələbə qazanan “Konelyano” Türkiyə “Vakifbank”ına məxsus dünya rekordunu yeniləyib. Türkiyə voleybolunun nəhəngi 2012-14-cü illərdə 73 matçda uduzmayıb.

“Konelyano” sonuncu dəfə 2019-cu ilin dekabrında “Peruca”ya məğlub olub. Bundan sonra komanda İtaliya çempionatı, iki ölkə kuboku, üç Superkubok, Çempionlar Liqası və klublararası dünya çempionatının qalibi olub.

Qeyd edək ki, cari mövsüm 9 qələbə qazanan “Konelyano” turnir cədvəlinə başçılıq edir.