00:43 23-11-2021
news_image
153
FUTBOL

“Omoniya” rəsmisi: “Qarabağ”a qarşı özümüzü yaxşı təqdim etmək istəyirik”

“APOEL-lə çempionat oyununu düşünmürük. Hazırda yalnız “Qarabağ”la matça köklənmişik”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya” rəsmisi Andreas Dimitriu deyib.

Kipr klubunun nümayəndəsi Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. O, səfər görüşündə xal qazanmaq istədiklərini söyləyib: “Bakıda “Qarabağ”a qarşı özümüzü yaxşı təqdim etmək istəyirik. “Qarabağ” güclü komandadır. Ancaq avrokuboklardakı oyunlarımızla göstərdik ki, rəqabətə davamlı ola bilərik. Növbəti mərhələyə şansımız olmasa da, UEFA əmsalını artırmaq üçün meydana çıxacağıq”.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.