16:47 22-11-2021
news_image
285
FUTBOL

Samir Abasovun “40”ı

“Neftçi” Samir Abasovun rəhbərliyi altında 40-cı oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, dəfələrlə cəza üzündən komandaya tribunadan rəhbərlik edən 43 yaşlı mütəxəssis yubileyində də texniki zonadan kənarda olub.

Onun yetirmələri 40-cı matçda “Sabah”a 1:2 hesabı ilə uduzaraq məğlubiyyət seriyasını 3-ə çatdırıb. Ümumiyyətlə, Abasovlu “Neftçi” 11-ci dəfə meydandan yenilgi ilə ayrılıb. 21 qələbənin memarı olan mütəxəssis 8 dəfə sülhə şahid olub. Onun yetirmələri 68 qol vurub və 48 top buraxıb.

“Sabah”la duel həm də Premyer Liqada Abasovlu “Neftçi”nin 30-cu sınağı olub. 19 qələbə və 5 heç-heçəsi olan çalışdırıcı 6-cı məğlubiyyəti tribunadan seyr edib. 59 qol vuran “ağ-qaralar” 31 top buraxıb.