17:09 22-11-2021
news_image
88
FUTBOL

Azar “Şerif”lə oyunu da buraxacaq

“Real”ın hücumçusu Eden Azar daha bir oyunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Şerif”lə qarşılaşmada iştirak etməyəcək.

Buna səbəb Belçika millisinin üzvünə qastroenterit sindromunun yaranmasıdır. İspaniya La Liqasının XIV turunda “Qranada” ilə matçı (4:1) buraxan Azarı Moldova çempionu ilə qarşılaşmaya yetişdirmək də mümkün olmayıb. Onun nə zaman sağalacağı hələ bəlli deyil.

Qeyd edək ki, “Şerif” – “Real” matçı noyabrın 24-də Tiraspolda keçiriləcək.