09:12 23-11-2021
news_image
97
FUTBOL

“Milan” portuqaliyalı futbolçu ilə güclənir

Fransanın “Lill” klubunun futbolçusu Renatu Sançeş karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi yayda “Milan”a keçə bilər.

Mövsümün sonunda müqaviləsi başa çatacaq Renatu yeni komandasına azad agent kimi qoşulmaq imkanına malikdir. 24 yaşlı yarımmüdafiəçinin özü də “Milan”da oynamaq istəyindədir.

Sançes digər klubların da maraq dairəsindədir. İngiltərə “Arsenal”ı onu heyətində görmək istəyir.

Qeyd edək ki, Renatu cari mövsümün 8 oyununda bir assistə imza atıb.