10:21 23-11-2021
news_image
97
FUTBOL

Serxio Ramos debütə hazırlaşır

PSJ-nin müdafiəçisi Serxio Ramos zədəsini tamam sağaldıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir.

35 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Mançester Siti” ilə görüşdə məşqçilər korpusunun sərəncamında olacaq. Yay fasiləsində Paris klubuna keçən ulduz futbolçu ingilislərlə qarşılaşmada debüt edə bilər.

Dünənki məşqi buraxan hücumçu Kilian Mbappenin də durumunun ciddi olmadığı və “Mançester Siti” ilə matçda iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, “Mançester Siti” – PSJ oyunu sabah “Etihad” stadionunda keçiriləcək.