10:00 23-11-2021
news_image
234
FUTBOL

“Neftçi”nin legioneri: “Komanda olaraq o qədər də yaxşı dönəmdən keçmirik”

“Neftçi”yə böyük nikbinliklə gəlmişəm ki, işlər yaxşı getsin”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin hücumçusu Ramon Maçado Braziliya mətbuatına açıqlamasında deyib.

Premyer Liqanın 8 oyununda 3 qol vuran 30 yaşlı forvard yeni gəlməsinə baxmayaraq, kollektivə qısa müddətdə uyğunlaşdığını bildirib. Maçado son 3 turda məğlubiyyətləri sıralayan “ağ-qaralar”ın uğursuz dönəmdən keçdiyini də etiraf edib: “Neftçi”də uğurlu başlanğıc etmək məni həm sevindirir, həm də təəccübləndirir. Çempion komandaya gəlmişəm. Doğrudur, komanda olaraq o qədər də yaxşı dönəmdən keçmirik. Buna baxmayaraq, öz yerimi axtarmaqdan və qol vurmaqdan xoşbəxtəm”.

Maçado turnir cədvəlindəki durumlarından məmnun olmadıqlarını da vurğulayıb: “Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderlər qrupuna yüksələcəyimizə inanıram. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm”.

Qeyd edək ki, Premyer Liqanın ilk 11 turunda 17 xal toplayan “Neftçi” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.