10:40 23-11-2021
news_image
145
FUTBOL

“Omoniya” Bakıya itkilərlə gəlir

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya”nın zədəlilərinin durumuna müəyyən mənada aydınlıq gəlib.

Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, hücumçu Marko Skepoviç Bakıdakı qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.

Ölkə çempionatında “Aris”lə (3:0) son matçda zədələnərək əvəzlənən serbiyalı forvardın durumunun ciddi olmadığı müəyyənləşib. Baş məşqçi onu riskə atmamaq üçün fasilədən sonra əvəzlədiyini söyləyib.

Liqa matçında zədələnən müdafiəçi Ektor Yuste isə çox güman ki, “Qarabağ”la görüşü buraxacaq. Onun və yarımmüdafiəçi Fuad Baçirounun hətta həftəsonu APOEL-lə qarşılaşmada da iştirakı sual altındadır. Qapıçı Fabiano və yarımmüdafiəçi Yannis Kosulosun isə Bakı səfərində meydanda olmayacağı dəqiqdir.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunu saat 21:45-də başlayacaq.