12:15 23-11-2021
news_image
82
FUTBOL

“Neftçi” “Sabah”a çatdı

Premyer Liqanın XI turu daha bir legionerin ölkəmizdəki debütü ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Xorxe Korrea “Neftçi”nin heyətində ilk matçına çıxıb.

Argentinalı “Sabah”la ev görüşündə şans qazanıb. Onun debütü 1:2 hesablı məğlubiyyətlə əlamətdar olub.

“Neftçi” bununla da “Sabah”a çatıb. Söhbət komandanın cari mövsümdə güvəndiyi legionerlərdən gedir.

Korrea cari mövsüm Premyer Liqada “Neftçi” forması ilə meydana çıxan 12-ci əcnəbidir. Bu, çempionatın rekordunun təkrarıdır. “Sabah”da da eyni sayda əcnəbi şans qazanıb.

Legionerləşən “Sabah”la “Neftçi” ən yaxın izləyicisi “Keşlə”ni böyük fərqlə qabaqlayıb. Ən az əcnəbi isə “Sumqayıt”dadır.

Qeyd edək ki, cari mövsümdə milliləşənlər nəzərə alınmamaqla 61 legioner meydana çıxıb.

1-2. “Neftçi” – 12
1-2. “Sabah” – 12
3. “Keşlə” – 9
4. “Qarabağ” – 8
5-6. “Qəbələ” – 7
5-6. “Zirə” – 7
7. “Səbail” – 4
8. “Sumqayıt” - 2