12:56 23-11-2021
news_image
81
FUTBOL

“Fiorentina” yeni hücumçu gətirir

İtaliya “Fiorentina”sı heyətinə yeni hücumçu qatacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi heyətini Fransa “Lill”ində çıxış edən Jonatan İkone ilə gücləndirəcək.

“Sassuolo”nun forvardı Domeniko Berardini ala bilməyən florensiyalılar alternativ variant kimi baxdığı İkone ilə kifayətlənməyə məcbur olub. İkone ilə təmasa keçən “Fiorentina” 23 yaşlı futbolçunun razılığını alıb.

Qeyd edək ki, cari mövsümdə “Lill”də 19 matça çıxan hücumçu 2 qol vurub.