13:15 23-11-2021
news_image
144
FUTBOL

10 milyonluq kompensasiya

“Mançester Yunayted”in baş məşqçi postuna gətirmək istədiyi Maurisio Poçettino üçün ödəməli olacağı kompensasiyanın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin baş məşqçisinin Fransa klubundan indi ayrılması üçün mançesterlilər 10 milyon funt sterlinq ödəməlidir.

İngiltərə klubu yaya qədər gözləyə də bilər. Bu, komandaya ikiqat xeyir verəcək. 

Məsələ ondadır ki, Poçettino klubunu mövsümün sonunda dəyişsə, onun üçün 5 milyon ödənilməli olacaq. Həmin vaxt onun müqaviləsinin bir ili qalacaq.

Qeyd edək ki, Ole-Qunnar Sulşeri istefaya göndərən “Mançester Yunayted”i müvəqqəti Maykl Karrik çalışdırır.