14:13 23-11-2021
news_image

İrina Zaretka çempionluğunu dəyərləndirdi: “İnanılmazdır”

Azərbaycan karateçisi İrina Zaretska ikinci dəfə dünya çempionu olmasına qiymət verib.

Apasport.az saytının məlumatına görə, BƏƏ-nin Dubay şəhərində keçirilən mundialda hamıdan güclü olan təmsilçimiz bu uğurunu inanılmaz hesab edir.

Üç il əvvəl İspaniyanın paytaxtı Madriddə dünya çempionluğunu ilk dəfə bayram edən Zaretska titulunu qoruması ilə bağlı qısa paylaşım edib: “Və... Hələ də dünya çempionuyam. İnanılmazdır”.

Qeyd edək ki, İrina bu il Tokioda keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.