22:04 23-11-2021
news_image
203
FUTBOL

Premyer Liqada 8 əvəzolunmaz - ADLAR

Azərbaycan Premyer Liqasında yalnız 8 futbolçu ilk 11 turu əvəzolunmadan keçirib.

Apasport.az saytının məlumatına görə, 990 dəqiqə meydanda olanlardan üçü qapıçı, beşi sahə oyunçusudur.

“Qəbələ”də əvəzolunmazlar daha çoxdur. Üç futbolçu bütün görüşləri əvvəldən sonadək meydanda olub. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renatodur. 

“Sumqayıt”da iki belə futbolçu var. Camaladdin Xocaniyazovla Vüqar Mustafayev 990 dəqiqə oynamaq imkanı qazanıb.

Digər üç futbolçu fərqli klubları təmsil edir: Stanislav Namaşko (“Keşlə”), Elvin Camalov (“Sabah”), Mehdi Cənnətov (“Zirə”). “Neftçi”, “Qarabağ” və “Səbail”də əvəzolunmaz oyunçu yoxdur.