15:05 23-11-2021
news_image
131
FUTBOL

Halanda ikiqat qazanc vədi

Dortmund “Borussiya”sı Erlinq Halandı heyətində saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Avropa nəhənglərinin maraq dairəsində olan norveçli hücumçusuna yeni müqavilə təklif edib.

Bundesliqa təmsilçisi Halandı ən azı bir mövsüm də saxlamaq üçün daha yüksək maaş verməyə hazırdır. Yeni müqavilə ilə Erlinq əvvəlkindən iki dəfə artıq qazana biləcək. İndiki qazancı 8-9 milyon avro təşkil edən forvarda 16-18 milyonluq qazanc vəd olunub.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən Haland komandasına kömək edə bilmir.