15:46 23-11-2021
news_image
114
FUTBOL

Son 10 ilin və ondan əvvəlki dönəmin ən bahalı transferləri – “10-luq”lar

Son illər dünya futbolunda transfer rekordları bir-birini əvəz edib.

Apasport.az saytının məlumatına görə, güclü maliyyə yatırımları futbolçulara astronomik məbləğdə pullar xərclənməsinə yol açıb.

Halbuki 10 il əvvəl həmin məbləğlər hansısa klubun ümumi büdcəsinə bərabər sayılırdı. Bunu nəzərə alaraq, müqayisə üçün 2011-ci ilə qədər və həmin vaxtdan bəri baş tutan ən bahalı transferləri təqdim edirik.

2011-ci ilə qədər

1. Kriştiano Ronaldo – 94 milyon avro
“Mançester Yunayted”dən “Real”a (2009-cu il)

2. Zinəddin Zidan – 77,5 milyon
“Yuventus”dan “Real”a (2001)

3. Zlatan İbrahimoviç – 69,5 milyon
“İnter”dən “Barselona”ya (2009)

4. Kaka - 67 milyon
“Milan”dan “Real”a (2009)

5. Luiş Fiqo - 60 milyon
“Barselona”dan “Real”a (2000)

6. Fernando Torres – 58,50 milyon
“Liverpul”dan “Çelsi”yə (2011)

7. Ernan Krespo – 56,8 milyon
“Parma”dan “Latsio”ya (2000)

8. Canluici Buffon – 52,9 milyon
“Parma”dan “Yuventus”a (2001)

9. Qaiska Mendieta - 48 milyon
“Valensiya”dan “Latsio”ya (2001)

10. Kristian Vieri – 46,5 milyon
“Latsio”dan “İnter”ə (1999)

2012-2021-ci illər

1. Neymar - 222 milyon
“Barselona”dan PSJ-yə (2017)

2. Kilian Mbappe - 180 milyon
“Monako”dan PSJ-yə (2018)

3. Filipp Koutinyo - 135 milyon
“Liverpul”dan “Barselona”ya (2018)

4. Usman Dembele - 135 milyon
“Borussiya”dan (Dortmund) “Barselona”ya (2017)

5. Joao Feliks – 127,2 milyon
“Benfika”dan “Atletiko”ya (2019)

6. Antuan Qrizmann - 120 milyon
“Atletiko”dan “Barselona”ya (2019)

7. Cek Qriliş – 117,5 milyon
“Aston Villa”dan “Mançester Siti”yə (2021)

8. Kriştiano Ronaldo - 117 milyon
“Real”dan “Yuventus”a (2018)

9. Romelu Lukaku - 115 milyon
“İnter”dən “Çelsi”yə (2021)

10. Eden Azar - 115 milyon
“Çelsi”dən “Real”a (2019)