22:57 23-11-2021
news_image
97
FUTBOL

“Napoli”də daha bir itki – Çempionlar Liqasında turu buraxacaq

İtaliya “Napoli”si daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Lorenso İnsinye zədə səbəbindən sıradan çıxıb.

Sağ dizində problemləri olan futbolçu Çempionlar Liqasının sabahkı matçını buraxacaq. Komanda ilə məşq etməyən İnsinye “Spartak”a qarşı oynaya bilməyəcək.

O, komandasının yeganə itkisi deyil. Müxtəlif səbəblərdən Viktor Osimhen, Adam Unas, Matteo Politano və Alessandro Zanoli də görüşü buraxmalı olacaq.