00:32 24-11-2021
news_image
98
FUTBOL

Premyer Liqa tarixində ən çox oyun keçirən ispanlar

İngiltərə Premyer Liqa tarixində ən çox oyun keçirmiş ispaniyalı futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya liderlik edən oyunçu hələ də karyerasını həmin ölkədə davam etdirir.

Bu, “Mançester Yunayted”in qapıçısı David De Xeadır. 10 ildir “qırmızı şeytanlar”ın çərçivəsini qoruyan qolkiper ötən həftə liderliyi ələ keçirib. O, 351 oyunda qapısında 367 qol görüb.

Maraqlıdır ki, Premyer Liqada ən çox iştirak edən 7 ispaniyalıdan 3-ü hələ də İngiltərədə çıxış edir və göstəricisini yaxşılaşdırmaqda davam edir.

1. David De Xea - 351 oyun
2. Sesk Fabreqas - 350
3. David Silva - 309
4. Sezar Azpilikueta – 305
5. Pepe Reyna - 297
6. Mikel Arteta - 284
7. Xuan Mata - 271