17:07 23-11-2021
news_image
272
FUTBOL

Mundialdan kənarda qalan ən bahalı 10 futbolçu - SİYAHI

DÇ-2022-nin Avropa və Afrika zonası üzrə seçmə mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Avropada qrupu ilk iki pillədə bitirə, Afrikada isə birinci yeri tuta bilməyən komandaların ən bahalı futbolçularının adları açıqlanıb.

İlk “10-luq” məhz avropalı və afrikalılardan ibarət qurulub. Beləliklə, gələn il keçiriləcək dünya çempionatını buraxacağı dəqiqləşən ən bahalı futbolçuları təqdim edirik.

1. Erlinq Haland (Norveç) - 150 milyon avro
2. Yan Oblak (Sloveniya) - 70 milyon
3. Milan Şkrinyar (Slovakiya) - 60 milyon
4. Frank Kessi (Fil Dişi Sahili) - 55 milyon
5. Vilfred Zaha (Fil Dişi Sahili) - 45 milyon
6. Edmond Tapsoba (Burkina Faso) - 40 milyon
7. Martin Edeqor (Norveç) - 40 milyon
8. Nikolas Pepe (Fil Dişi Sahili) - 35 milyon
9. Nabi Keyta (Qvineya) - 32 milyon 
10. Sebastyan Aller (Fil Dişi Sahili) - 27 milyon

Qeyd edək ki, digər qitələrdə seçmə mərhələ oyunları davam edir.