09:22 24-11-2021
news_image
182
FUTBOL

“Omoniya” “Qarabağ”la oyundan sonra Bakıda qalacaq

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya”nın səfər proqramı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Kipr təmsilçisi bu gün Bakı vaxtı ilə saat 13:00-da çarter reysi ilə yola düşəcək.

15:20-də paytaxtımıza çatması nəzərdə tutulan Nikosiya təmsilçisinin yeganə məşqi saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Maraqlıdır ki, “Omoniya” sabahkı qarşılaşmadan dərhal sonra vətənə qayıtmayacaq. Komandanı Larnakaya aparacaq təyyarə noyabrın 26-da saat 16:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanını tərk edəcək.

Qeyd edək ki, sabahkı “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.