09:27 24-11-2021
news_image
209
FUTBOL

“Mançester Yunayted”in baş məşqçindən son 90 ilin ilki

“Mançester Yunayted”in baş məşqçi vəzifələrini müvəqqəti icra edən Maykl Karrikin debütü uğurlu alınıb.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssisin yetirmələri Çempionlar Liqasının V turunda “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəlib.

Karrik son 90 ildə “Mançester Yunayted”dəki debütündə qələbə qazanan ilk ingiltərəli baş məşqçi olub. Sonuncu belə hadisə 1931-ci ildə qeydə alınıb. Həmin vaxt Uolter Krikmen debütdə qələbəyə sevinib.

Qeyd edək ki, son illərdə “Mançester Yunayted”i əsasən xarici mütəxəssislər çalışdırır.