09:39 24-11-2021
news_image
207
FUTBOL

Braziliyalı hücumçu Azərbaycandan aldığı təklifə “yox” dedi

Braziliyanın “Nautiko” klubunun hücumçusu Vinisyus Santos Silva Azərbaycandan təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı forvard özü yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, başqa komandaya gedişinə baş məşqçi Elio dos Anjos imkan verməyibsə, Azərbaycan klubunun təklifini özü rədd edib: “Yayda təklif gəldi, baş məşqçi icazə vermədi. Klub bu barədə mənə heç nə demədi. Özüm də ilin sonuna qədər heç yerə getməməyi planlaşdırmışdım. “Bahia”ya keçidimə də razılıq verilmədi. Bir də Azərbaycandan təklif oldu. Ancaq ora getməməyi qərara aldım”.

Qeyd edək ki, Vinisyus Santos Silva “Nautiko”ya ötən ilin oktyabrında Yunanıstan klubu AEL-dən keçib.