21:58 24-11-2021
news_image
117
DİGƏR NÖVLƏR

Olimpiyaçımız Soçiyə yollanır

Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın çıxış edəcəyi növbəti turnir müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz Qran-Prinin 6-cı mərhələsində də iştirak edəcək.

Turnir Rusiyanın Soçi şəhərində baş tutacaq. Qran-Pri Rostelekom kuboku adlanan yarışa noyabrın 26-da start veriləcək. Üç gün davam edəcək turnirdə qadınların yarışında 12 idmançı mübarizə aparacaq.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançımız ötən həftə Fransanın Qrenobl şəhərindəki Qran-Prinin 5-ci mərhələsində 7-ci yeri tutub.