11:04 24-11-2021
news_image
81
FUTBOL

Vlahoviç üçün 80 milyon

İngiltərənin “Nyukasl” klubu Duşan Vlahoviçin transferi üçün böyük xərcə düşməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi serbiyalı hücumçunun müqavilə ilə məxsus olduğu “Fiorentina”nın tələb etdiyi 80 milyon avronu ödəməyə razılaşıb.

Keçidin baş tutması üçün nyukasllılar  Duşanla danışıqlar aparmalıdır. Futbolçu karyerasını İtaliyada davam etdirməyə meylli olsa da, onu heyətinə qatmaq istəyən “Yuventus” 80 milyon ödəmək gücündə deyil.

Qeyd edək ki, 21 yaşlı forvard 2018-ci ildən Florensiya klubunda çıxış edir.