12:12 24-11-2021
news_image
108
FUTBOL

Filip Ozobiç: “Bizi sabah ağır oyun gözləyir”

“Bizi sabah ağır oyun gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Filip Ozobiç deyib.

30 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının qrup mərhələsinin V turunda Kipr klubu “Omoniya” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Milli komandamızın üzvü sabah Tofiq Bəhramov adına Respublika Stadionuna qələbə üçün çıxacaqlarını söyləyib: “İlk oyunda səfərdə 4:1 hesablı qələbəyə baxmayaraq, “Omoniya” yaxşı komandadır. Güclü oyunçuları var. Sabah yaxşı oyun göstərməyə çalışacağıq”.

Xorvatiyalı pleymeyker növbəti mərhələni təmin etsələr də, indidən pley-off barədə düşünmədiklərini söyləyib: “Qarşıda hələ iki oyunumuz var. Həmin matçlarda maksimum xal toplamaq istəyirik. Digər oyunlara daha sonra baxacağıq”.