12:25 24-11-2021
news_image
443
FUTBOL

“Qarabağ”ın transfer planı – baş məşqçi açıqladı

“Qarabağ” qış fasiləsində iki futbolçu transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bunu klubun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.

49 yaşlı mütəxəssis “Omoniya” ilə Konfrans Liqasının V turunun oyunu ərəfəsində keçirilən mətbuat konfransında klubun qış transfer planlarına aydınlıq gətirib. Qurbanov hansı mövqeləri gücləndirmək istədiklərini də gizlətməyib: “Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddən artıq güvənirəm. Çox gözəl kollektivimiz, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istərdim. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək istəyirəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir”. 

Qurbanov heyəti genişləndirmək istəyinin səbəbinə də toxunub: “Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönənmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik”.