14:08 24-11-2021
news_image
85
FUTBOL

“Mançester Yunayted”dən Mançini də imtina etdi

“Mançester Yunayted”in baş məşqçi postuna gətirmək istədiyi daha bir mütəxəssis İngiltərə klubunun “sükanı arxası”na keçməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının çalışdırıcısı Roberto Mançini Premyer Liqa təmsilçisinin təklifini qəbul etməyib.

Mütəxəssis bunu millini DÇ-2022-nin final mərhələsinə daşımağa borclu olması ilə əsaslandırıb. Mançini Zinəddin Zidandan sonra “Mançester Yunayted”i çalışdırmaqdan boyun qaçıran ikinci məşqçidir.

Qeyd edək ki, Ole-Qunnar Sulşerin istefasından sonra komandaya müvəqqəti Maykl Karrik başçılıq edir.