22:33 24-11-2021
news_image
111
FUTBOL

Çempionlar Liqasında gənclərə ən çox şans verənlər - ADLAR

Çempionlar Liqasında (ÇL) qrup mərhələsi başa çatmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, ən güclü və təcrübəlilərin mübarizə apardığı bu turnirdə gənclər də özlərini göstərməyə çalışır.

Bəzi komandalar, ümumiyyətlə, qitənin ən nüfuzlu klub turnirində gənc oyunçulara daha çox üstünlük verir. Bu, digər nəhənglərin də transfer siyahısının genişlənməsinə yol açır.

Bu mövsüm Çempionlar Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən komandaların da əksəriyyəti ortabablardır. Nəhənglərdən yalnız “Barselona” siyahıya düşüb ki, Kataloniya klubu da gəncləşdirmə siyasəti aparır.

Cari mövsüm ÇL-də 21 yaşı tamam olmayan futbolçuların xidmətindən ən çox yararlanan klublar aşağıdakılardır:

1. “Zalsburq” - 13 futbolçu
Maurits Kyerqard (18 yaş)
Benjamin Sesko (18)
Roko Şimiç (18)
Karim Adeyemi (19)
Luka Suçiç (19)
Dauda Quindo (19)
Nikolas Seyvald (20)
Junior Adamu (20)
Kamil Pyatkovski (21)
Noa Okafor (21)
Brenden Aronson (21)
Umar Solet (21)
Məhəmməd Kamara (21)

2-3. “Ayaks” – 8
Devin Renş (18)
Kennet Teylor (19)
Rayan Qravenberx (19)
Məhəmməd Darami (19)
Jurrien Timber (20)
Perr Şurs (21)
Məhəmməd Kudus (21)
Antoni (21)

“Barselona” – 8
Qavi (17)
Aleks Balde (18)
Pedri (18)
Yusuf Demir (18)
Niko Qonzales (19)
Ansu Fati (19)
Erik Qarsiya (20)
Serjinyo Dest (21)

4. “Lill” – 7
İsak Lihadji (19)
Amadu Onana (20)
Sven Botman (21)
Tyaqo Dyalo (21)
Anxel Qomes (21)
Conatan David (21)
Timoti Vea (21)

5. “Şaxtyor” (Donetsk) – 6
Georgi Sudakov (19)
Anatoli Trubin (20)
Lassina Traore (20)
Mixaylo Mudrik (20)
Markos Antonio (21)
Tete (21)

6-7. “Beşiktaş” – 5
Serdar Saatçı (18)
Berkay Vardar (18)
Ersin Destanoğlu (20)
Rıdvan Yılmaz (20)
Can Bozdoğan (20)

“Leypsiq” – 5
İlaix Moriba (18)
Yoşko Qvardiol (19)
Brayan Brobbi (19)
Məhəmməd Simakan (21)
Dominik Şoboşlay (21)