15:37 24-11-2021
news_image
393
FUTBOL

Yığmamız AFFA-ya nə qədər qazandıracaq? - MƏBLƏĞ

Azərbaycan milli komandası üçün növbəti sınaq olacaq Millətlər Liqasının 2022/23 mövsümünün mükafat fondu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yarış iştirakçıları oynadıqları liqaların səviyyəsinə uyğun qazanc əldə edəcək.

Hər komanda öncə iştirak üçün vəsait alacaq. Bu rəqəm A liqasında 2,25, B liqasında 1,5, C liqasında 1,125, D liqasında 0,75 milyon avro təşkil edir.

Bütün liqaların qrup qalibləri əlavə mükafat da alacaq. Bu mükafat iştirak üçün alınan məbləğə bərabərdir.

Yəni qrup qalibləri A liqasında 4,5, B liqasında 3, C liqasında 2,25, D liqasında isə 1,5 milyon qazanc əldə edəcək. Azərbaycan millisinin də iştirak üçün aldığı 1,125 milyon ikiqat artıra bilər. Yığmamız AFFA-ya 2,25 milyon avro gətirə bilər. Bu, təxminən 4 milyon 300 min manata bərabərdir.

A liqasında qrup qalibləri final mərhələsində oynamaqdan da əlavə qazanacaq. Turnirin qalibi 6, finalçı 4,5, üçüncü yerin sahibi 3,5, dördüncü komanda 2,5 milyon avro ilə mükafatlandırılacaq.

Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin 4 turu iyunda, iki turu sentyabrda keçiriləcək. Final mərhələsi isə 2023-cü il iyunun 14-18-də baş tutacaq.