22:12 24-11-2021
news_image
752
FUTBOL

Rəşad Sadıqova həsəd aparan Türkiyə millisinin kapitanları

Türkiyə yığması tarixində kapitanlıq sarğısını ən çox daşıyan futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk “10-luq”da yer alanlardan yalnız biri milli karyerasını davam etdirir.

Bu, millinin hazırkı kapitanı Burak Yılmazdır. Yığmada 30 qolun müəllifi olan 36 yaşlı forvard bunun 21-də kapitanlıq sarğısını taxıb ki, bununla 9-cu sıradadır.

Ümumiyyətlə, “ay-ulduzlular”a ən çox liderlik edən futbolçu Turqay Şeren olub. O, millinin şərəfini qoruduğu 46 görüşün 36-da kapitanlıq sarğısını daşıyıb. Şereni 35 dəfə kapitanlıqla Arda Turan və Emre Belözoğlu izləyib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan millisində kapitanlıq sarğısını ən çox daşıyan Rəşad Sadıqov olub. “Zirə”nin hazırkı baş məşqçisi yığmada keçirdiyi 111 qarşılaşmanın 78-də kapitan kimi meydana ayaq basıb. Türkiyə yığmasında ən çox kapitan olmuş ilk iki futbolçunun ümumilikdə kapitan olduğu oyun sayı Rəşad Sadıqov qədər yoxdur.

1. Turqay Şeren - 36 oyunda kapitan (ümumilikdə 46 oyun)
2. Arda Turan - 35 (100)
3. Emre Belözoğlu - 35 (101)
4. Hakan Şükür - 34 (112)
5. Oğuz Çetin - 32 (70)
6. Fatih Terim - 31 (54)
7. Bülent Qorxmaz - 26 (102)
8. Rüştü Reçber - 21 (120)
9. Burak Yılmaz - 21 (76)
10. Rıza Çalımbay - 20 (47)