19:33 24-11-2021
news_image
117
FUTBOL

"Omoniya"nın futbolçusu: "Meydana qələbə üçün çıxacağıq"

“Sabah bizim növbəti avrokubok oyunumuz olacaq".

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Nikolas Panayiotu deyib.

21 yaşlı dayaq yarımmüdafiəçisi Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Kipr millisinin debütantı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçla bağlı düşüncələrini bölüşüb: “Meydana qələbə üçün çıxacağıq. Son matçda qazandığımız qələbənin ardını gətirmək istəyirik. Komandamız buna hazırdır".

O, avrokuboklarda çıxış etməyin özü üçün böyük önəm kəsb etdiyini vurğulayıb: "Deyə bilərəm ki, avrokubok oyunları mənim üçün həmişə vacib olub. Uşaqlıqdan bu, mənim üçün arzuladığım oyunlar olub".