00:08 25-11-2021
news_image
104
FUTBOL

“Yuventus”un menecerindən etiraf: “Ronaldonun gedişi komandanı şoka saldı”

İtaliyanın “Yuventus” klubunun cari mövsümdəki uğursuzluqlarının səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Turin təmsilçisinin baş meneceri Mauritsio Arivabene açıqlayıb.

O bildirib ki, Kriştiano Ronaldonun komandadan ayrılması “Yuventus”a təsirsiz ötüşməyib: “Bu mövsüm bizim üçün böyük oyunçu itkisi ilə başladı. Kriştiano Ronaldonun gedişi "Yuventus"u şoka saldı. Belə bir futbolçu komandadan gedəndə sarsıntılar ola bilər. Onun “Yuventus”da böyük məsuliyyəti var idi. Digər oyunçular indi daha inamlıdırlar. Onlar bu məsuliyyətin bir hissəsini öz üzərlərinə götürürlər. Oyunçular düz yoldadırlar. Onlarda komanda ruhu olmalıdır”.

Qeyd edək ki, “Yuventus” Çempionlar Liqasının V turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzaraq son 17 ildə ən ağır məğlubiyyətini alıb.